Müayinəyə Hazırlıq
Müayinədən əvvəl bilməli olduqlarınız. Konkret qaydalar qeydiyyat zamanı fərdi olaraq bildiriləcək.
Ümumi qayda
Təyin olunmuş vaxtdan 10–15 dəqiqə əvvəl gəlin. Şəxsiyyət vəsiqənizi və əvvəlki müayinə nəticələrinizi (analizlər, USM/KT şəkilləri, epikriz) gətirin.
Qan analizindən əvvəl
Əksər biokimyəvi və hormon testləri acqarına verilir — son yeməkdən ən azı 8–12 saat keçməlidir. Su içmək olar. İstifadə etdiyiniz dərmanlar barədə həkimə məlumat verin.
Qarın USM-dən əvvəl
Müayinədən 6–8 saat əvvəl yeməkdən çəkinin. Kiçik çanaq USM-i üçün sidik kisəsinin dolu olması tələb oluna bilər.
Ginekoloji müayinədən əvvəl
Sonuncu menstrual dövrün tarixini bilmək vacibdir. Əvvəlki USM və analiz nəticələrini gətirin.
Göz müayinəsindən əvvəl
Kontakt linzaları çıxarın, eynəyinizi gətirin. Bəbəyi genişləndirən damcı tətbiq oluna bilər — bu halda bir neçə saat avtomobil idarə etməyin.
Kardioloji müayinədən əvvəl
Güclü fiziki yüklənmədən və kofeindən çəkinin. Ürək dərmanlarının siyahısını gətirin.
KT müayinəsindən əvvəl
Metal əşyaları çıxarın. Hamiləlik ehtimalı, allergiya və böyrək problemi varsa həkimə bildirin.
Uroloji müayinədən əvvəl
Müayinə tam məxfilik şəraitində aparılır. Əvvəlki analiz və USM nəticələrini, dərmanların siyahısını gətirin.
Bu məlumat maarifləndirmə məqsədlidir və həkim müayinəsini əvəz etmir.